Yüz illik rəsmə rekord qiymət

İtalyan rəssam Amadeo Modiqlianinin 1917-ci ildə çəklidi “Nu couché” əsəri hərraca çıxarılacaq.

ArtNews.az Ölkə.Az-a istinadən xəbər verir ki, fransız bir qadının təsvir edildiyi əsər rekord qiymətə imza atıb.

Əsər hərraca çıxmadan ən yüksək qiymət qoyulan sənət əsəri ünvanını alıb. “Sotheby’s” hərrac evi tərəfindən 14 may tarixində hərraca çıxarılacaq rəsm əsərinə 150 milyon dollar qiymət qoyulub.

Dünyanın ən bahalı rəsm əsəri Leonardo da Vinçinin “Salvator Mundi” əsərinə satışdan əvvəl 100 milyon dollar qiymət qoyulmuşdu. Əsər hərracda 450 milyon dollara satılmışdı.

 

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin