Yarat Müasir İncəsənət Məkanında “Muzey Gecəsi” keçirilib

Yarat Müasir İncəsənət Məkanında “Muzey Gecəsi” keçirilib

Oktyabrın 12-də Yarat Müasir İncəsənət Məkanında “Muzey Gecəsi” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində müxtəlif auditoriyalar üçün görüş və layihələr keçirilib.

Tədbirdən əvvəl Agentliyin müxbiri ilə söhbət zamanı “Muzey Gecəsi”nin layihə rəhbəri Aydan Dəvəli bildirib ki, layihənin məqsədi fikirlərimizi, hisslərimizi və çətinliklərimizi müxtəlif ünsiyyət vasitəsilə ifadə etməkdir.

Onun sözlərinə görə, tədbir insanlar arasında daxili kommunikasiyanı üstün səviyyədə inkişaf etdirməkdə yardımçı olur.

“Tədbir altı layihədən ibarətdir. Burada İlhamə Babayeva ilə səs terapiyası, “Saint Twins Detective” İntellektual oyun, “Döngədəki yaradıcı”, “TeatrO2”nin beş hissədən ibarət olan tamaşası nümayiş olunur. Həmçinin Leyla Qabulova ilə “Danışılmamış hekayətlər” və ustad dərsinə də şahid olmaq mümkündür.

Tədbir çərçivəsində DEWAR, Şəhriyar İmanov, Pünhan Azim və Rəşad Rayyanın iştirakı ilə “Xitab” performansı reallaşacaq və “Okaber canlı ifa ilə çıxış edəcək. Fikrimcə insanlar arasında əlaqə qurmağın ilkin yolu incəsənətdən keçir”,- deyə o əlavə edib.