122
Badamdar, Balaxanı, Pirşağı qəsəbə mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında xeyriyyə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin aparıcısı iştirakçıları salamlayaraq balacalarla maraqlı söhbətlər aparıb, onların ifalarında şeirlər dinlənilib.
Tədbir çərçivəsində M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin Kukla xalq teatrının təqdim etdiyi tamaşalar, şən klounların çıxışı, gənc müğənnilərin ifaları uşaqlarda xoş əhvali-ruhiyyə yaradıb.