46
Oktyabrın 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türkiyənin tanınmış kino və teatr aktrisası Sumru Yavrucuk “Sherley Valentine” adlı iki pərdəli monotamaşa ilə çıxış edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində gündəlik həyatın darıxdırıcı qayğılarından bezən, lakin sonradan zamanın nəbzini tutaraq özünü yenidən kəşf edən qadının hekayəsindən bəhs olunur.
Çoxsaylı teatr mükafatları laureatı Sumru Yavrucuk həm də tamaşanın rejissorudur.