Türkiyəli mütəxəssislərin region kitabxanalarının əməkdaşları üçün təlimləri davam edir

Türkiyəli mütəxəssislərin region kitabxanalarının əməkdaşları üçün təlimləri davam edir

Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində bölgələr üzrə görülən işlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Milli Kitabxanası tərəfindən dəvət olunan türkiyəli mütəxəssislər dekabrın 20-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan kitabxanaların əməkdaşları üçün təlim keçiblər.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Qubada təşkil olunan təlimdə Koha sistemində texnoloji irəliləyişlər və təkmilləşdirmələrlə bağlı fikir mübadiləsi aparılıb, iş prosesinin daha sürətli və effektivliyinin artırılması üzrə metodlar izah edilib.