“Turan Beynəlxalq Rəsm sərgisi” təşkil edilib

İyulun 8-dən etibarən Bakıda Azərbaycan Rəssamlar İttifaqında “Turan Beynəlxalq Rəsm sərgisi” təşkil olunub.  Azərbaycan Respubilikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyi (USSD) Azərbaycan təmsilçiliyi tərəfindən təşkil olunan sərgidə cəmi 50 əsər təqdim olunacaq.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, kurator İlqar Əkbərov sərginin təşkili üçün yaradılan dərnəyin tarixi haqqında qısa məlumat verir:

“2015-ci ildə Türkiyənin Mersin şəhərində Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyi yaradıldı. Bu dərnək dövlətlərarası mədəni əlaqələri inkişaf etdirmək üçün yaradılıb. 2016-ci ildə isə Azərbaycanın təmsilçisi olaraq biz də bu dərnəyin üzvü olduq”.

Əsərlərdə istifadə edilən janrlar haqqında məlumat verən kurator sərgidən sonra rəsm əsərlərinin satışa çıxarılacağını əlavə edir:

“9 iştirakçının təqdim olunacağı rəsmlər yağlı boya, qrafika, miniatür və keramika texnikasında işlənilib. Bu il respubilikada 4-cü İslam həmrəylik oyunları keçirilib və bu məqsədlə türk xalqlarına aid rəsm sərgisi keçirməyə qərar verdik.

Sərgidən sonra sənət əsərləri satışa çıxarılacaq. İzləyicilər daha çox bəyəndiyi rəsm əsərlərini buradan əldə edə bilərlər”.

Əsərlər üçün sərf edilən vaxtdan danışan İlqar Əkbərov yeni layihələr haqqında da məlumat  verir:

“Burada istifadə edilən bir əsər bir sərgi üçün işlənilir. Rəsmlər son 20 gün ərzində hazırlanır. Yeni layihələrimizi 2017-ci ilin noyabrında Türkiyənin Mersin şəhərində həmin 9 iştirakçı ilə qarşınıza çıxmaq istəyirik”.

Müxtəlif qonaqların iştirak etdiyi bu sərgiyə olan maraq iştirakçıları qane edir. Onlar əsərlərdən zövq aldığını və rəssamlardan yeni layihələr gözlədiklərini deyir.

Sərginın qonağı Əkbərov Rasim sərgini çox bəyəndiyini və davamlı olmasını qeyd edir:

“Mən çox şadam ki, belə sərgilər keçirilir. Bütün rənglər, həmçinin kompozisiya yerində işlənib. Belə sərgidə iştirak etdiyim üçün qürur duyuram. Rəssamlara yeni işlərində nailiyyətlər arzu edirəm”.

Türk xalqları üçün əsərlərin əhəmiyyətindən danışan sərginin qonağı  xalqlar arasında dostluğun möhkəmlənməsi üçün bu sərginin vacib rol oynadığını bildirir:

“Belə sərgilər millətlərarası əlaqəni artırır və türk xalqlarlının mədəniyyətlərini birləşdirir. Mən şadam ki, türk xalqlarının rəssamları bu sərgidə iştirak edir”.

Azərbaycan, Türkiyə, Qazaxıstan dövlətlərinin iştirak etdiyi bu sərgi Türk xalqlarının orta mədəniyyəti, etnoqrafiyası və folklorunu  canlandırır.  Hər rəssamın 5-6 əsəri istifadə olunan sərgidə gələn qonaqlar da az deyil. Sərgini daha maraqlı etmək üçün burada  rəssamlığın bir çox janrlarından istifadə edilib.

Türkiynin Mersin şəhərinin Uluslararası sənətçilər və sənətkarlar birliyinin üzvü olan Kader Damla sərgininin təşkilini bəyəndiyini və bu sərginin bizlər üçün qürurverici olduğunu bildirir. Rəsmlərində istifadə etdiyi janrlar haqqında da məlumat verən rəssam gələcək aylarda bu sərginin Türkiyədə keçiriləcəyindən məmnunluq duyduğunu ifadə edir:

“Türkiyəni təmsil etmək üçün burdayam və biz burada komanda ilə birgə  işləyirik. İlqar Əkbərova bizi bu dərnəyə dəvət etdiyi üçün minnətdarlığımı bildirirəm. Sərgimiz türklüyü qorumaq və yaşatmaq üçün təşkil olunub. Bu əsərləri komandamız ilə birlikdə sevgi ilə çalışdığımız üçün çox bəyəndik.

Daha çox rəsmlərimdə portret, peyzajlara üstünlük verirəm. Ancaq bu gün  sərginin mövzusuna uyğun olaraq  türkçülüyü əks edən əsərlər təqdim edirəm”.

Azərbaycan təmsilçisi, peşəkar rəssam Nailə Sultan əsərlərində daha çox məhəbbət mövzularına müraciət etdiyini və gələcəkdə də bu sərginin daha da genişlənməsini və bütün türk dövlətlərini əhətə etməsini arzulayır:

“9 nəfər komanda halında bir araya gələrək gözəl əsərlər ortaya çıxaracağımıza inanıram. Hər gün öz üzərimizdə çalışaraq daha yeni işlər görməyə çalışırıq və bu sərgi daha çox türk dövlətlərini əhatə edir. Gələcəkdə öz sərgimi yaratmaq istəyirəm. Əsərlərimdə daha çox keramika və qrafika janrlarından istifadə edirəm”.

Qeyd edək ki,  hazırda  3 gündür davam edən Turan Beynəlxalq sərgisi iyulun 13-ə kimi davam edəcək.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin