Sankt-Peterburqda nəşr olunan “Tour Press Club” jurnalının baş redaktoru, Bakıda dünyaya göz açan Anatoli Kovalev və digər jurnalistlər Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət ediblər.
Muzeydən AZƏRTAC-a bildirilib ki, qonaqlara muzeylə bağlı geniş məlumat verilib.
Leopold və Mstislav Rostopoviçlərin həyat və yaradıcılığı ilə yaxından tanış olan qonaqlar bir daha bu iki dahi musiqiçinin yaradıcılığına heyran qaldıqlarını bildiriblər. Bakıda olmaqdan məmnunluqlarını söyləyən qonaqlar, muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, jurnalda ilk dəfə L. və M.Rosropoviçlərin ev-muzeyi haqqında geniş məqalə dərc olunub. Məqalədə muzeyin yaradılması, fəaliyyəti, maraqlı ekspozisiyası və zəngin fondu haqqında ətraflı məlumat yer alıb. Məqalə muzeyin fotoşəkilləri ilə zənginləşdirilib.