“Təmiz Ölkəm” layihəsi çərçivəsində məktəblilər arasında müsabiqə keçirilib

“ADA” Universitetinin, “ADA Universiteti” Fondunun, Coca-Cola Fondunun və AzEkol şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Təmiz ölkəm” layihəsi çərçivəsində məktəbliləri təbiətin mühafizəsinə həvəsləndirmək və ekologiyanın qorunmasının vacibliyini diqqətə çatdırmaq məqsədi ilə müsabiqə keçirilib.

Müsabiqə Bakı şəhəri, Suraxanı rayonu 74 saylı məktəbin  V – VIII sinif şagirdləri arasında təşkil olunub.

Müsabiqənin davam etdiyi müddətdə “Təmiz ölkəm” layihəsi adından ADA Universitetinin nümayəndələri dərslərə qatılaraq şagirdlərə layihə, onun məqsədləri, plastik tullantıların yenidənemala cəlb edilməsi və sağlam ekoloji mühitin yaradılmasında hər bir vətəndaşın məsuliyyəti barədə ətraflı məlumat veriblər.

Müsabiqədə şagirdlər plastik tullantıların yenidənistifadəyə və yenidənemala göndərilməsinin önəmini göstərən müxtəlif təqdimatlar, əl işləri və təkliflərlə çıxış ediblər.

Müsabiqədə layihə meneceri Xədicə Hüseynova şagirdlərə plastik, onun yaranma tarixi, istifadəsi, tullantıya çevrildiyi halda təbiətə vurduğu ziyan barədə şagirdlərə məlumat verib.

Müsabiqədə ümumilikdə 30 şagird iştirak edib. Onlardan 3 şagird müvafiq olaraq I, II, III yerlərə layiq görülüb.

I yerin qalibinə smartfon, II və III yerin sahiblərinə isə enerji bankı hədiyyə olunub. Müsabiqədə iştirakçı olmuş digər 27 şagirdə isə həvəslədirici hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Təmiz Ölkəm” layihəsinə 15 mart 2019-cu ildə start verilib. Layihənin məqsədi insanlar arasında maariflәndirmә işləri aparmaq, cəmiyyətdə təkrar istehsal ənənəsini formalaşdırmaq, plastik qabların toplanaraq tәkrar istehsala göndәrilməsini təbliğ edir.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin