Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Milli Konservatoriyasının dosenti Əməkdar artist Elnur Əhmədovla görüş keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, kamança ifaçısı ilə görüş dekabrın 11-də Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbində olacaq.
Görüşdə kamança aləti və onun ifaçılıq ənənələri, peşəkar musiqi mədəniyyətinin inkişafında kamançanın rolu, pedaqoji fəaliyyət, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması istiqamətində söhbət aparılacaq.