Rus Dram Teatrında premyera olacaq

Fevralın 24-də Rus Dram Teatrında yeni premyera olacaq.

ArtNews-un Kulis.az-a istinadən verdiyi xəbərə görə, tamaşaçılar bu dəfə Yelena Poddubnayanın “Yağış isə elə hey yağır” əsəri əsasında hazırlanmış “Kraliçanın son ehtirası” tamaşasını izləyəcəklər.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Aleksandr Şarovskidir. Səhnə əsərində Xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Əməkdar artistlər Natalya Şarovskaya, Salman Bayramov, aktyorlar Murad Məmmədov, Olqa Arsentyeva, Milana Sokolenko, Aleksey Saprıkin, Yaqub Zeynalov və başqaları iştirak edəcəklər.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin