• Event Poster
  • News
  • Ambassador club
  • Interview
  • Museum
  • Podcasts
el11-removebg-preview.png

Rejissor Vasif Babayev şəxsi videokamerasını Azərbaycan Dövlət Film Fondunun muzeyinə hədiyyə edib

by admin September 13, 2024
September 13, 2024
102

Rejissor Vasif Babayev şəxsi videokamerasını Azərbaycan Dövlət Film Fondunun muzeyinə hədiyyə edib

Xalq artisti, rejissor Vasif Babayev Azərbaycan Dövlət Film Fondunun qonağı olub.

Fonddan AZƏRTAC-a bildirilib ki, Vasif Babayev qorunub saxlanılması üçün şəxsi videokamerasını Fondun muzeyinə hədiyyə edib.

Sözügedən videokamera vasitəsilə rejissorun yaradıcılığının son illərində lentə alınan filmlər ərsəyə gəlib.

Qeyd edək ki, Xalq artisti Vasif Babayev Azərbaycanda televiziya rejissorluğu məktəbinin qurucularından biri, “Sahil bağı”, “Qızılı yamaclar”, “Xuraman”, “İçərişəhərin əbədi nağılı”, “Yüksəliş” və s. filmlərin rejissorudur. Bir neçə nəsil televiziya işçilərinin yetişməsində onun bilavasitə əməyi olub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Search

The unique information art platform which unites all aspects of cultural life of Azerbaijan

Contact

  • office@artcouncil.az
  • +994503146090

© Art News All Right Reserved