“Payız sonatası” tamaşasının premyerası olub

İyulun 7-də Rus Dram Teatrında məşhur İsveç yazıçısı, kinodramaturqu və kinorejissoru İnqmar Berqmanın əsəri əsasında hazırlanmış “Payız sonatası” tamaşasının premyerası olub.

ArtNews-un Kulis.az-a istinadən verdiyi xəbərə görə, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, dekorasiya rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssamı İşçisi Olqa Abbasovadır.

Tamaşada rolları Xalq artisti Lyudmila Duxovnaya, aktyorlar Rumiyə Ağayeva, Natəvan Hacıyeva və Aleksey Saprıkin ifa ediblər.

Ana-qız  münasibətlərindən bəhs edən tamaşa tamaşaçılar təəfindən maraqla qarşılanıb.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin