“Olympic Moves” layihəsi çərçivəsində məktəbdaxili yarışlar davam edir

Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi,  həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən məktəblilərin “Olympic Moves” layihəsi çərçivəsində Bakı şəhəri üzrə məktəbdaxili yarışlara start verilib.

Bakı şəhəri üzrə 12 rayondan 291 ümumi təhsil müəssisəsinin qatıldığı məktəbdaxili mərhələdə 13 mindən artıq məktəbli iştirak edir. Yarışlara badminton idman növü üzrə 252, həndbol üzrə 233, veloidman üzrə 247 məktəb qoşulub.

İkinci mərhələsinin idman növləri üzrə qalibləri təşkilatçılar tərəfindən diplom və sertifikatla, final mərhələsində idman növləri üzrə I, II və III yerləri tutan komandalar və məşqçilər kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin yarışlara mütəmadi azarkeşlik edən məktəbə “Ən yaradıcı və coşğulu azarkeş” nominasiyası üzrə xüsusi mükafat təqdim ediləcək.

Layihə Velosiped, Həndbol və Badminton İdman Federasiyalarının birgə əməkdaşlığı ilə icra olunur.

“Olympic Moves” ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə keçirilir.

Qeyd edək ki, “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərə sağlam və aktiv həyat tərzinin təşviqində əhəmiyyətli rol oynayır.

 

 

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin