Nəbatat Bağının yay görüntüləri

1936-cı ildən fəaliyyət göstərən Mərkəzi Nəbatat Bağının ərazisi  hazırda  41.3 hektardır.  Bağ yerli və digər ölkələrin ekzotik  florasına aid təxminən 2500 növ bitkinin geofondunun qorunmaslı ilə məşğuldur. Bağda Şimali Amerika florasına aid tikanlı küknar, nəhəng sekvoya, iriçiçək maqnoliya, Aralıq dənizi florasına aid  atlas sidri, qara şam, çiyələk ağacı, Qafqaz florasına aid şabalıdyarpaq palıd, eldar şamı, dəmirağacı, ipək akasiyası və s. bu kimi bitkilərlə tanış ola bilərsiniz. Burada, həmçinin nadir və nəsli kəsilməkdə olan bitkilərlə yanaşı, texniki, dərman, sənaye, qida əhəmiyyətli əzvay, zəfəran, çiriş və qulançara da rast gəlmək mümkündür.

Şəhər sakinləri və turistlərin maraq dairəsində olan bağ hər gün saat 09:00-dan 20:00-dək fəaliyyət göstərir. Bura giriş gündəlik 1 manat, şagirdlər və təqaüdçülər üçün isə 0.50 manat təşkil edir. İlin 4 fəsli ziyarətçilərin üzünə açıq olan Nəbatat bağının yay görüntüsünü sizlərə təqdim edirik.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin