Hər biri 5 nəfər olmaqla fortepiano ixtisasi üzrə 7, musiqi nəzəriyyəsi ixtisası üzrə 3 komissiya yaradılacaq. Ümumilikdə 10 komissiya fəaliyyət göstərəcək. Qanunvericiliyə uyğun olaraq komissiyanın 1 üzvü Həmkarlar İttifaqı Komitəsindən, digər 4 üzvü isə müstəqil ekspert qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər qurumlardan cəlb ediləcək. İlk olaraq 2025-ci ildə qiymətləndirmədə 4 min 100 müəllimin iştirakı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib.
Bildirib ki, attestasiyanın müsahibə formatında keçirilməsi nəzərdə tutulur. Attestasiya hər bir işçi ilə fərdi qaydada, praktiki ifaçılıq və nəzəri (sual-cavab) üsul ilə keçirilir.
Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb. Qanunvericiliyə uyğun olaraq attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq proqram müəllimlərə veriləcək.