Milli Kitabxanada repressiya qurbanlarının xatirəsinə həsr olunmuş kitab sərgisi açılıb

Milli Kitabxanada repressiya qurbanlarının xatirəsinə həsr olunmuş kitab sərgisi açılıb

Milli Kitabxanada repressiya qurbanlarının xatirəsinə həsr olunmuş kitab sərgisi açılıb

Milli Kitabxanada “30 Oktyabr – Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Stalin repressiyası, sovet imperiyasının azərbaycanlılara qarşı repressiya və soyqırımı siyasəti, repressiyaya məruz qalmış tanınmış yazıçı və şairlərinin, teatr xadimlərinin və digər mütəfəkkir şəxsiyyətlərinin elmi-bədii yaradıcılığı, zindan həyatı və faciəli taleyindən bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, bu günün tarixi 1974-cü ildən keçmiş SSRİ-də məhkum olunmuş iki siyasi məhbusun həbsxanada belə təşəbbüslə çıxış etməsindən başlayır.

Azərbaycan da keçmiş SSRİ dönəmində siyasi repressiyalardan öz nəsibini almış ölkələrdəndir. 1920-ci illərdən başlayıb 30 ildən artıq davam edən repressiya nəticəsində Azərbaycanda öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur ki, bunların da 29 mini ziyalılar idi.