85
Laçın, 26 avqust, Gülay Nəzərova, AZƏRTAC
Biz bu gün çox şadıq. Bayram ab-havasını bütün gözəlliyi ilə hiss edirik.
Bunu AZƏRTAC-a açıqlamasında Laçın sakini Nazim Quliyev söyləyib.
Artıq iki ilə yaxındır Laçında yaşayan N.Quliyev deyib: “Laçında hər cür şərait yaradılıb, yaşayış yüksək səviyyədədir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu günü bizə yaşadan Prezident İlham Əliyevə sonsuz minnətdarıq”.