Kadir İnanır kinoya qayıdır – 7 il sonra

Məşhur türk aktyor Kadir İnanır 7 illik fasilədən sonra kinoya dönür.

ArtNews-un Kulis.az-a istinadən verdiyi xəbərə görə, aktyor “Qapı” adlı filmə çəkiləcək. Rejissor Nihat Durakın quruluş verdiyi filmin çəkilişləri bu ilin avqustunda başlayacaq.

Xatırladaq ki, Kadir İnanır Türkiyənin ən çox filmə çəkilən aktyorlarındandır. O, indiyədək 182 bədii filmə, 7 seriala çəkilib.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin