İstiqlal Muzeyində “Birlikdə güclüyük” adlı tədbir təşkil olunub

İstiqlal Muzeyində “Birlikdə güclüyük” adlı tədbir təşkil olunub

Azərbaycan İstiqlal Muzeyində 4 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Birlikdə güclüyük” adlı bədii tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərkəzin istedadlı uşaqları müxtəlif nömrələrlə tamaşaçılar qarşısında çıxış ediblər.

Tədbirin bədii hissəsindən sonra iştirakçılar uşaqların əl işlərindən və xüsusilə həmrəylik mövzuna aid olan rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.