“HELL”in tərkibi açıqlandı

2000-ci illərin əvvəllərindən etibarən bazara daxil olan və qısa zamanda istehlakçıların rəğbətini qazanan eneji içkiləri gündəlik olaraq iş fəaliyyətini optimallaşdırmaq, daha çox yuxusuz qalmaq və gümrah olmaq üçün istifadə olunur. Bəs görəsən, enerji içkilərinin enerji mənbəyi nələrdir?

Artnews AZXEBER.com-a istinadən xəbər verir ki, enerji içkilərinin tərkibi hər zaman müzakirə olunan və insanlara maraqlı olan mövzulardan biridir. Bununla bağlı, Azərbaycan enerji bazarının 62%-ini əhatə edən və istehlakçılar tərəfindən böyük rəğbət görən “HELL ENERGY”nin tərkibini araşdırmaq qərarına gəldik.

İstehsal etdikləri enerji içkilərinin tərkibi ilə bağlı suallarımızı ünvanladığımız “HELL ENERGY”nin kommunikasiya direktoru Eszter Toth bildirir ki, istehsal olunan məhsullar bütün qanunvericilik tələblərinə və standartlara cavab verir:

“HELL-in missiyası keyfiyyətli məhsul istehsal etməkdir. Bunun üçün istehsalat prosesində hər zaman yüksək keyfiyyətli inqrediyentlərdən istifadə edirik. Enerji içkisinin tərkibi bütün qablaşdırmalarımızın üzərində ətraflı formada qeyd olunub. HELL-in 90%-i hər kəsin gündəlik istifadə etdiyi sudan ibarətdir. Digər əsas inqrediyentimiz isə bədənə enerji verən əsl şəkər tozu və stimulyator rolu oynayan və 5000 illik tarixi olan, hətta gündəlik çay və kofedə də istifadə olunan kofeindir”.

Müsahibimiz, eyni zamanda, qeyd edir ki, bir qutu HELL ENERGY-nin tərkibində bir fincan espressoda olduğu qədər – 80 mq. kofein mövcuddur. Avropa Qida Təhlükəsizliyi Təşkilatının 66.000 insan arasında apardığı araşdırmanın nəticəsində, sağlam orqanizmi olan şəxslər gündəlik 400 mq. kofein qəbul edə bilər. Avropa Qida Təhlükəsizliyi Təşkilatının rəyinin əksinə (gündəlik 5 qutu dəyərində kofein) məsuliyyətli istehsalçı olan HELL, gündəlik olaraq 1 qutu istifadə olunmasını tövsiyə edir.

“Bununla yanaşı, HELL-in mühüm tərkib hissələri isə həm ətdə, həm ana südündə, həm də uşaq yeməklərində mövcud olan taurin maddəsidir və insan bədəninə faydalı təsirləri olan müxtəlif B vitaminləridir. Təbii rəngləndirici kimi isə tutti-frutti və karameldən istifadə olunur”.

Kommunikasiya direktoru onu da qeyd edir ki, “HELL” daima insan sağlamlığına həssas yanaşır və bütün məhsullar ən sərt beynəlxalq ərzaq təhlükəsizliyi standartı FFSC 22000-ə cavab verən zavodda istehsal olunur. Eyni zamanda, mütəmadi olaraq qutuların üzərində uşaqlara, hamilə və laktasiya dövründə olan qadınlara məsləhət görülmədiyini vurğulayan müsahibimiz, “HELL”in keyfiyyət və tərkibinə tam zəmanət verdiklərini də bildirir.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin