Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Hotel Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.
“Çox şadıq ki, hotellər də bu təlimlərdə böyük maraqla iştirak etdilər. Ümumilikdə 250 hoteldən 1500-dən çox hotel əməkdaşı təlimlərə qatıldı, təlim materialları ilə təmin edildilər. Təlimlər zamanı hotel əməkdaşları ilə yalnız xidmət sahəsi üzrə deyil, həmçinin COP29 tədbiri ilə bağlı da məlumatlar paylaşıldı. COP29 müddətində ciddi diqqət ayrılmalı olan təhlükəsizlik tədbirləri, qonaqların profili, hotellərdə dayanıqlılıq təcrübələrinin tətbiqi haqqında hotel əməkdaşları və rəhbərlərinə COP29 Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən məlumat verildi və təlimatlar paylaşıldı”, – deyə Günay Sağlam bildirib.