Görkəmli İran rejissoru ilə Bakıda görüş keçiriləcək

Əslən azərbaycanlı olan görkəmli İran rejissoru Məcid Məcidi ilə görüş keçiriləcək.

ArtNews-un  Kulis.az-a istinadə verdiyi xəbərə görə, görüş İran Mədəniyyəti Günləri çərçivəsində iyunun 29-u saat 16-da Dövlət Film Fondunda baş tutacaq.

Bir gün öncə isə Nizami Kino Mərkəzində Məcid Məcidinin məşhur “Məhəmməd: Allahın elçisi” filmi təqdim olunacaq.

Azərbaycan tamaşaçısı Məcid Məcidini “Sərçələrin nəğməsi”, “Cənnətin uşaqları”, “Cənnətin rəngi”, “Baran” və digər məşhur filmlərdən tanıyır.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin