Fuad Nağıyev: Xınalıqda məskunlaşan sakinlərlə daim təmasdayıq

Fuad Nağıyev: Xınalıqda məskunlaşan sakinlərlə daim təmasdayıq

“Xınalıq kəndi və Köç yolu” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Məqsədimiz Xınalıq kəndində görülən işləri media vasitəsilə təqdim etməkdir.

Bunu AZƏRTAC-a müsahibəsində Xınalıq kəndinə mediatur zamanı Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. “Xınalıq kəndi Azərbaycanın ən qədim ərazilərindən biridir. Biz burada məskunlaşan sakinlərlə daim təmasdayıq və onlara dəstək göstəririk. İndiyə kimi 60 evin layihəsi həyata keçirilib, 41 ev isə tam bərpa olunub. Xınalıq kəndində 130-dan çox ev var. Çalışırıq ki,bu evlərdən hər birini bərpa edək” , – deyə o əlavə edib.