• Event Poster
  • News
  • Ambassador club
  • Interview
  • Museum
  • Podcasts
el11-removebg-preview.png

Fuad Nağıyev: Qastroturizmin inkişafı ölkəmiz üçün prioritet istiqamətlərdən biridir

by admin October 15, 2024
October 15, 2024
62

Fuad Nağıyev: Qastroturizmin inkişafı ölkəmiz üçün prioritet istiqamətlərdən biridir

Qastroturizmin inkişafı ölkəmiz üçün prioritet istiqamətlərdən biridir. Milli mətbəx nümunələrimizin qorunması, Azərbaycanın qastronomiya destinasiyası kimi dünyada təbliği istiqamətində genişmiqyaslı işlər görülür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri oktyabrın 14-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və “CASA Baku” Kulinariya Məktəbinin Aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin Məzun günündə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

“Agentlik tərəfindən milli mətbəx nümunələri pasportlaşdırılıb, ölkənin biomüxtəliflik potensialı aqroqastro turizm marşrutlarına qazandırılıb. Bundan əlavə, peşəkar kulinarların yetişdirilməsi, gənc aşpazların inkişafı və ixtisaslaşması dəstəklənib. Aşpazlar üçün pilot tədris qrupunun yaradılması da bu qəbildən olan layihələrdəndir. Bu proqram gənc aşpazların peşəkar inkişafı üçün əvəzsiz təcrübədir”, – deyə F.Nağıyev diqqətə çatdırıb.

 

Search

The unique information art platform which unites all aspects of cultural life of Azerbaijan

Contact

  • office@artcouncil.az
  • +994503146090

© Art News All Right Reserved