“Bədbəxtlik” tamaşasının premyerası baş tutub

24 iyunda Pantomima teatrınnda A.P.Çexovun “Bədbəxtlik” əsəri əsasında quruluş verilmiş tamaşanın premyerası baş tutdu.

Tamaşanın rejissoru Nuridə Musabəyli tamaşanı hazırlayan zaman A.P.Çexovun əsərdəki dəsti-xəttini teatr səhnəsinə köçürməyə xüsusi diqqət yetirdiyini deyir:

“Mən A.P.Çexovovun drmaturgiyasni çox sevirəm və onun əsərlərinin atmosferini bizim teatra daha uyğun hesab etdiyim üçün bu əsəri işləmək istədim. Tamaşanın qurulusu zamanı çalışmışam ki, əsərin atmosferini tam mənada əks etdirə bilim. Göstərək ki, əslində A.P.Çexov hansı qadını daha çox vurğulmaq istəyib. Musiqiləri də rus musiqilərindən seçdik ki,o o ab-havanı yarada bilək”.

Eyni zamanda tamaşada baş obraz olan qadını canlandıran Nuridə Musabəyli bu obrazın öz daxili aləmi mübarizədə olduğunu deyir:

“Mənim canlandırdığım baş roldakı qadın sevgi arzulayan, lakin işinə aludə olan əri tərəfindən daima diqqətdən kənar qalan bir qadındır. Sofia Petrovna  çox sakit, romantik və daha çox hisslərə önəm verən biridir. Onu kənardan sevən, diqqət göstərən biri var. O da bu sevgiyə biganə qala bilmir. Lakin ailəli olduğu və ərinə hörmət etdiyi üçün bundan keçə bilmir. Buna görə də sonda  çıxıb getməyi seçir. Baş rolları Bəhruz Vaqifoğlu və Elxan Şahəliyev  ilə bölüşürəm”.

Əməkdar artist, Pantomima teatrının aktyoru və rejissoru Bəhruz Vaqifoğlu  tamaşanı mövzusunu bütün dövrlər üçün aktual hesab edir:

“Həm klassiklərdən birinə müraciət olunması, həm də əsərin insanın daxili aləmindən bəhs etməsi əsəri istənilən zaman üçün aktual edir. İnanıram ki, izləyənlər də əsərin rejissor tərəfindən öz tamaşa həllini tapa bildiyini görəcəklər”.

Tamaşada baş obraz olan qadının ərinin canlandıran Bəhruz Vaqifoğlu  bu obrazı canlandırmağın onun üçün məsuliyyətli iş olduğunu deyir:

“Mənim bu gün canlandırdığım obraz isə baş roldakı qadının əridir. Bu obraz işinə çox aludə olan, işinə görə ətrafındakı hər kəsi unudan, hətta öz xanımına belə diqqət ayırmayan biridir. Bu həm A.P.Çexov atmosferini yaratmaq, həm də bu obrazı tamaşaçıya çatdırmaq baxımında mənim üçün doğrudan da çox məsuliyyətli bir işdir”.

50 dəqiqə müddətində davam edən tamaşa izləyicilərin rəğbətini qazanmağı bacardı. Tamaşaçı Hümbətova Təhminə tamaşanın mövzusu və  hazırlanma üslubunu çox bəyəndiyini deyir:

“İzlədiyim tamaşa çox fərqli ab–havada idi. Xüsusilə müsiqiləri çox  bəyəndim. Anladığım qədərilə tamaşa cəmiyyətin qanunları ilə gedə bilməyən, dəyişə bilməyən bir qadının mübarizəsini əks etdirirdi. Mənə görə çox maraqlı idi, doğrudan da belə insanlar, münasibətlər mövcuddur”.

Xatırladaq ki, Pantomima teatrı ötən həftə də A.P.Çexov yaradıcılığına müraciət edərək  “It gəzdirən  xanım“ hekayəsini tamaşaya qoymuşdu.

.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin