Bakının Qardağ rayonunda TOPs təlimləri keçirilib

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 6-cı mövsümü çərçivəsində 27-29 fevral tarixlərində növbəti təlimlər Bakı şəhərinin Qaradağ rayonunda baş tutub.

Proqram Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.

Təlimlərlərə Qaradağ rayonu üzrə 106, 139 ,166 ,180 ,195 ,222 və  253 saylı orta məktəblərindən 28 fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlər boyunca müəllimlərə fiziki tərbiyə dərslərinin daha səmərəli və əyləncəli keçməyin yolları, şagirdləri dərslərə həvəsləndirmək üçün tədris metodları öyrədilib.

Təlimlər TOPs proqramının təlimçiləri Asəf Mehdiyev və Hüseyn Hüseynov tərəfindən keçilib.

Təlimlər zamanı müəllimlərə TOPs metodologiyası əyani formada göstərilib, proqramın əhatə etdiyi təlim formatları yerində tətbiq olunub.

TOPs proqramının təlimçisi Asəf Mehdiyev bildirib ki, Qardağ rayonunun müəllimləri yeni metodologiyanı asanlıqla mənimsəyiblər:

“Təlimlər boyunca biz müəllimlərə əyani formada dərslərin təşkilində yeni metodologiyanın tətbiqi yollarını görsətdik. Müəllimlər də bizimlə birgə təlimlərdə aktiv iştirak edib, öz dərs metodologiyalarına bu yenilikləri tezliklə əlavə edəcəklərini bildirdilər. Ümid edirik ki, Qaradaş şagirdləri üçün də faydalı ola biləcəyik”.

Təlimlərdə müəllimlərə Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanan və gündəlik tədris planlaşdırmasını əvəz edəcək metodiki tədris kartları da təqdim olunub.

TOPs təlimlərində iştirak edən müəllimlər yeni metodologiyanı dərslərində tətbiq etdikdən sonra açıq dərslər və dərsdənkənar müxtəlif idman festivalları təşkil edəcəklər. Burada məqsəd şagirdlərin həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsidir.

2019-2020 tədris ilində TOPs proqramına bundan əlavə Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı, Şabran, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblər cəlb olunub.

Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin