“BAFTA-2018″in qalibləri elan olundu

Londonda Britaniya Kino və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) 71-ci mükafatlandırma mərasimi keçirilib.

ArtNews Axşam.az-a istinadən xəbər verir ki, mərasim “Royal Albert Hall” zalında baş tutub. Gecənin ən çox mükafat qazananı Martin makdonahın “Ebbinq sərhədində üç bilbord, Missuri” filmi olub. O, 5 nominasiyanın qalibi olub. Digər qaliblərin siyahısı isə belədir:

Ən yaxşı film

“Ebbinq sərhədində üç bilbord, Missuri”

İlin ən yaxşı Britaniya filmi

“Ebbinq sərhədində üç bilbord, Missuri”

Ən yaxşı rejissor

Gilyermo del Toro (“Suyun şəkli”)

Ən yaxşı qadın rolu

Frensis MakDormand (“Üç bilbord…”)

Ən yaxşı kişi rolu

Qeri Oldman (“Qara günlər”)

İkinci planda ən yaxşı qadın rolu

Ellison Cenni (“Tonya hamıya qarşı”)

İkinci planda ən yaxşı kişi rolu

Sem Rokuell (“Üç bilbord…”)

Ən yaxşı orijinal ssenari

“Ebbinq sərhədində üç bilbord, Missuri”

Ən yaxşı uyğunlaşdırılmış ssenari

“Məni öz adımla çağır”

Xarici dildə ən yaxşı film

“Qulluqçu” (Cənubi Koreya)

Ən yaxşı animasiya filmi

“Kokonun sirri”

Ən yaxşı operator işi

Rocer Dikins (“Tiyə ilə qaçan 2049”)

Ən yaxşı montaj

“Sükan arxasında körpə”

Ən yaxşı vizual effektlər

“Tiyə ilə qaçan 2049”

Filmə ən yaxşı musiqi

Aleksandr Despla — “Suyun şəkli”

Ən yaxşı dekorasiya

“Suyun şəkli”

Ən yaxşı dizayn geyimləri

“Xəyali sap”

Ən yaxşı qrim və saç düzümləri

“Qara günlər”

Ən yaxşı səs

“Dünkerk”

Parlamaqda olan ulduzlar

Deniel Kaluyya (“Rədd ol”)

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin