Azərbaycanlı balet artisti kitab yazdı

Azərbaycanın Xalq artisti, balet aktyoru Gülağası Mirzəyevin “Rampa işığında həyat” adlı kitabının təqdimatı keçiriləcək.

ArtNews-un Kulis.az-a istinadən verdiyi xəbərə görə, təqdimat iyunun 5-də YARAT Mərkəzində Ədəbiyyat Klubu çərçivəsində baş tutacaq.

Rus dilində yazılmış kitab balet artistinin yaradıcılıq yollarından bəhs edir. “Son 20 ildə Azərbaycanda balet sənəti haqqında məqalələr, resenziyalar anonslar istisna olmaqla, heç bir kitab çap edilməyib və bu kitabın unikallığı ondadır ki, onu balet artisti yazıb və o yalnız bir tamaşadan və ya həyat epizodundan bəhs etmir, bir çox premyeralar qastrol çıxışlarından, balet sənətindəki problemlərdən bəhs edir”. – Tədbirin anonsunda belə deyilir.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin