“Azərbaycanda çoxdilliliyin qorunması” adlı videoçarx hazırlanıb

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası “Azərbaycanda çoxdilliliyin qorunması” adlı videoçarx hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarxda Azərbaycanda yaşayan xalqlar haqqında məlumat verilir.

Qeyd edilir ki, uzaq keçmişdə olduğu kimi, bu gün də ölkəmizdə onlarla xalqın və millətin nümayəndələri yaşayır. Azərbaycan Respublikası rəngarəng etnik tərkibə malikdir.

Videoçarxda, həmçinin bildirilir ki, ruslar Azərbaycanda azərbaycanlılardan və ləzgilərdən sonra üçüncü böyük etnik qrupu təşkil edir.

Azərbaycandakı sinaqoq və kilsələr, Bakı Slavyan Universiteti, A.S.Puşkinin Bakıdakı, T.Q.Şevçenkonun Zaqataladakı heykəlləri, ölkəmizdə yaşayan xalqların dilində olan dərsliklər videoçarxda yer alıb..