Azərbaycan Sankt-Peterburqdan gələnlər üçün ən populyar yay istiqamətləri arasında yer alıb

Azərbaycan Sankt-Peterburqdan gələnlər üçün ən populyar yay istiqamətləri arasında yer alıb

Azərbaycan Sankt-Peterburqdan gələnlər üçün ən populyar yay istiqamətləri arasında yer alıb

Yay mövsümünün üç ayı ərzində Sankt-Peterburqdan gələn beynəlxalq aviareyslərin ən populyar istiqamətləri Türkiyə, Belarus, BƏƏ, Özbəkistan, Tacikistan, Azərbaycan, Çin və Qırğızıstan olub.

AZƏRTAC Pulkovo hava limanını idarə edən “Vozduşnıye vorota severnoy stolitsı” şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hava limanı yay fəslində ümumilikdə 6,6 milyon sərnişinə xidmət edib.

Şirkətdə yay ərzində ən populyar beynəlxalq istiqamətlərin Antalya və İstanbul (Türkiyə), Minsk (Belarus), Dubay (BƏƏ), Daşkənd və Səmərqənd (Özbəkistan), Düşənbə (Tacikistan), Bakı (Azərbaycan), Şanxay (Çin) və Oş (Qırğızıstan) olduğu qeyd edilib.