Azərbaycan “Lyon-2024 WorldSkills” müsabiqəsində təmsil olunub

Paris, 16 sentyabr, AZƏRTAC

Fransanın Lyon şəhərində “Eurexpo” mərkəzində “WorldSkills-2024” sərgi və müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, gənc aşpaz Kamal Ağayev və gənc saç stilisti Aysel Hacıyeva ölkəmizi 47-ci “WorldSkills” müsabiqəsində təmsil ediblər.

Müsabiqəyə 70 ölkədən 62 bacarıq yarışmasında 1400 gənc qatılıb. “WorldSkills-2024” sərgi və müsabiqəsini 250 mindən çox adam ziyarət edib.

Bildirilir ki, müsabiqə iqtisadi cəhətdən gərgin olan bəzi sektorların problemlərini həll etmək üçün peşə təhsili ilə bağlı qərəzli mühakimələrlə mübarizə aparmaq və gəncləri bu sahələri seçməyə təşviq etmək məqsədi daşıyır.