Azərbaycan kinosu ötən 120 ildə şərəfli yol keçib

“Azərbaycan kinosu ötən 120 ildə şərəfli və yaddaqalan yol keçərək milli mədəniyyətimizin tərkib hissəsinə çevrilib”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Adana şəhərində XXV Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illiyinə həsr olunan yubiley mərasimində çıxış edən tanınmış kinorejissor Ayaz Salayev deyib.
Beynəlxalq kino festivallarında iştirak etməyin dövlət müstəqilliyimizin vacib bir elementi olduğunu diqqətə çatdıran Ayaz Salayev qeyd edib ki, milli kinolarımız xalqımızın, ölkəmizin, ənənələrimizin dünyada tanınması baxımından olduqca vacib bir sahədir. Kinorejissor əminliklə bildirib ki, Azərbaycan filmləri bundan sonra da beynəlxalq film festivallarında ləyaqətlə təmsil olunacaq, müstəqilliyimizin və mədəniyyətimizin tarixini özündə yaşadacaqdır. Filmlərimizin Türkiyə festivallarına çıxarılması xüsusilə əhəmiyyətlidir.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin