ARKA təmsilçisi beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri seçilib

ARKA təmsilçisi beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri seçilib

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) şöbə müdiri Rüfət Qarazadə 11-ci Beynəlxalq Egeart Qısametrajlı Filmlər Müsabiqəsinin beynəlxalq film kateqoriyası üzrə münsiflər heyətinin sədri seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Türkiyənin Ege Universitetində keçirilən müsabiqənin hazırlıq iclasında qəbul edilib.

Ege Universitetinin prorektoru professor Mehmet Ersanın imzası ilə universitet rəhbərliyi tərəfindən tədbirə filmlərin seçilməsində təşkilatçılığa görə ARKA-nın təmsilçisi R.Qarazadəyə xüsusi təşəkkürnamə də təqdim olunub.