26 may tarixində YARAT bir daha sübut edəcək ki, muzey darıxdırıcı yer deyil, əksinə maraqlı və əyləncəli məkandır.

Həmin gün YARAT-ın bütün məkanları: YARAT Müasir İncəsənət Mərkəzi, Rəngkarlıq Muzeyi  və ARTIM Layihə Məkanı “Gecəni fəth et!” tədbirinin bayram ab-havasına qərq olacaq.

YARAT Müasir İncəsənət Mərkəzində

YARAT Mərkəzində keçiriləcək “İstədiyin birinə çevril” bodi art və”Etrusk natiqləri” gəzən heykəllər proqramları sizin axşamınızı yaddaqalan edəcək.

Həmçinin sizlər üçün “Azərkosmos” şirkəti ilə birgə “Təbiət yoxsa insan?” adlı müsabiqə hazırlamışıq. Bu müsabiqə sizləri tamam fərqli reallığa səyahətə aparacaq. Həmin səyahətdən qayıdandan sonra isə, öz təəssüratlarınızdan ibarət kollektiv incəsənət əsərləri yaratmaq imkanı qazanacaqsınız.

Axşam saatlarında ADO Kollektivindən “Sürpriz” tamaşaya və alov performansına baxacaqsınız. Gecənin sonunda isə istedadlı DJ-lər Nasa Mareena və Fərhad Fərzəliyev ifasında elektron musiqi parçalarını dinləyəcəksiniz.

Rəngkarlıq muzeyində

Yaradıcılığınıza tam azadlıq verərək, gül-çiçəklərdən avtoportret hazırlamaq ustad dərsində iştirak edə bilərsiniz. Eyni zamanda  dizayner və kolleksiyaçı Natavan Əliyeva tərəfindən təqdim olunmuş, XIX əsrin geyimlərindən ibarət moda nümayişi və “Kostyumlar fərdiyyətimizi necə əks etdirirlər” adlı mühazirəyə qatıla bilərsiniz.

ARTIM Layihə Məkanında

Burada, siz “Məhəllə” kollektivinin əsərlərindən ibarət eyni adlı sərginin açılışında iştirak edəcəksiniz və  elektron musiqi parçalarını dinləyəcəksiz.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin