Ankarada “Sərhədsiz Kitab” nəşriyyatının deposunda yanğın olub.
ArtNews Kulis.az-a istindən xəbər verir ki, səbəbi bilinməyən yanğında 10 mindən artıq kitab yanıb kül olub.
Nəşriyyatın direktoru Serkan Akkuş yanğınla bağlı bunları söyləyib: “İki təxminimiz var. Depoda pərdələr olmadığı üçün kitablar görünürdü. Ola bilsin, kimsə kitablardan narahat olaraq bunu törədib. Ya da narkomanlar tərəfindən törədilib. Yanğından Mühafizə İdarəsinin qərarını gözləyirik.”